Misirin ulduz futbolçusu Məhəmməd Salahın Türkiyənin “Trabzonspor” klubuna transferi şəhərdə böyük marağa səbəb olub. Matc.az xəbər verir ki, avqust ayında İngiltərənin “Liverpul” klubundan “Trabzonspor”a keçən 34 yaşlı hücumçu qısa müddətdə şəhərin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Associated Press-in məlumatına görə, Salahın Trabzon yaxınlığındakı dağlıq ərazidə kiçik bir daşın üzərində oturaraq çəkdirdiyi foto da həmin məkanı turistlərin diqqət mərkəzinə çevirib. Azarkeşlər onun oturduğu yerdə şəkil çəkdirmək üçün həmin əraziyə üz tuturlar.

Şəhərdə futbolçunun təsviri olan divar rəsmləri və xüsusi suvenirlər də meydana çıxıb. “Trabzonspor”un sosial şəbəkə hesablarının isə Salahın transferindən sonra təxminən 1 milyon yeni izləyici qazandığı bildirilir.

Maraqlıdır ki, futbolçunun transferi Misirdən Trabzona turist axınına da təsir edib. Avqust ayında Qahirə ilə Trabzon arasında birbaşa uçuşlar açılıb, turizm şirkətləri isə azarkeşlər üçün xüsusi səfər paketləri hazırlayıb.

Salahın Türkiyədəki çıxışı da diqqət çəkir. O, “Trabzonspor”un heyətində məhsuldar oyunu ilə Super Liqanın bombardirlərindən birinə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest