30 Dekabr 2023, 11:07
FUTBOL
Fernando “Sevilya” ilə müqaviləsini ləğv edib. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi “şəxsi səbəblərə görə” bu addımı atıb. Veteran oyunçu ölkəsi Braziliyaya qayıdacaq. Halbuki onun “Sevilya” ilə müqaviləsi mövsümün sonuna qədər idi. O, əndəlüs təmsilçisində 2 dəfə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, Fernando karyerası ərzində “Mançester Siti”, “Qalatasaray” və “Porto” kimi klublarda oynayıb.