30 Dekabr 2023, 11:43
FUTBOL
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Rafael Varan baş məşqçi Erik ten Haqın münasibətindən narazıdı. Matc.az xəbər verir ki, “mankunianlar” qış fasiləsində onu satmağa hazırlaşır.
Lakin Fransa millisinin üzvü Səudiyyə Ərəbistanı çempionatına mümkün keçidlə bağlı məlumatları təkzib edib. 30 yaşlı müdafiəçi doğma klubu “Lans”a qayıtmaq istəyir. Lakin yüksək maaşı transferə mane ola bilər.
Qeyd edə ki, Rafael Varan 2021-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 15 oyun keçirib, 1 qol vurub.