Kiprin APOEL klubunun müdafiəçisi Laşa Dvalinin “Qarabağ”a keçidi baş tutmayacaq. Matc.az xəbər verir ki, bu barədə yerli Sport FM məlumat yayıb.

Bildirilib ki, APOEL rəhbərliyi oyunçunun Ağdam klubuna keçəcəyi ilə bağlı xəbəri təkzib edir: “Klubun ofisinə Dvalinin transferi ilə bağlı heç bir təklif daxil olmayıb”.

Qeyd edək ki, gürcüstanlı oyunçunun Kipr klubu ilə müqaviləsi 2025-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest