30 Dekabr 2023, 12:33
FUTBOL
"Vulverhempton"un hücumçusu Saşa Kalaciç əvvəllər "Ştutqart"da çıxış etdiyi Bundesliqaya qayıda bilər.
Matc.az xəbər verir ki, futbolçu ilə "Ayntraxt Frankfurt"un maraqlandığı bildirilir, "qartallar" onu icarəyə götürməyi planlaşdırır.
Premyer Liqanın cari mövsümündə o, 11 matçda 2 dəfə qolla fərqlənib.