"Tottenhem"in qapıçısı Uqo Llorislə "Los Anceles" arasındakı müqavilənin təfərrüatları məlum olub.
 
Matc.az xəbər verir ki, müqavilə 2025-ci ilə qədər uzadılma variantı ilə imzalanıb. ABŞ klubu sözləşmənin imzalanmasını rəsmi olaraq dekabrın 31-də elan edəcək. Fransalı qolkpier hazırda vizasının təsdiqlənməsini gözləyir.
 
Lloris 2012-ci ilin yayında "Lion"dan "Tottenhem"ə keçmişdi. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır. Fransız futbolçu "xoruzlar"ın heyətində 444 oyun keçirib, 508 qol buraxıb və 151 oyunda qapısını toxunulmaz saxlayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest