Yarımmüdafiə xəttini gücləndirmək niyyətində olan “Lion” diqqətini “Renn”in yarımmüdafiəçisi Nemanya Matiçə yönəldib.
 
Matc.az xəbər verir ki, hazırda futbolçu ilə müqavilə bağlamaq imkanları nəzərdən keçirilir. Lion təmsilçisi Matiçin təcrübəsini və fiziki imkanlarını yüksək qiymətləndirir.
 
Futbolçu “Renn”dən ayrılmaq istəsə də, “qırmızı-qaralar”ın baş məşqçisi Julien Stefan onu buraxmaq istəmir.
 
Matiç Fransa klubuna 2023-cü ilin yayında "Roma"dan keçib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm müdafiəyəmeyilli yarımmüdafiəçi Liqa 1 və Avropa Liqasında 19 oyun keçirib, 3 məhsuldar ötürmə verib və 7 sarı vərəqə alıb. "Transfermarkt" portalı 35 yaşlı serbiyalıya 3,5 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest