"Sevilya" yarımmüdafiəçisi Fernando ilə ikitərəfli razılıq əsasında mövcud müqaviləyə xitam verib.
 
Matc.az xəbər verir ki, buna səbəb futbolçunun vətəninə (Braziliya) qayıtmaq istəməsi olub.
 
Fernando 2019-cu ilin yayından "Sevilya"da çıxış edirdi. O, klubda 167 oyun keçirib, 7 qol vurub, 10 məhsuldar ötürmə verib və 38 vərəqə alıb (36 sarı və 2 qırmızı).
 
“Sevilya” ilə birlikdə Fernando ikiqat Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest