“Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov və baş məşqçisi Miodraq Bojoviç klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, hər ikisi Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təbrik edib:
Fərrux Mahmudov: “Kollektivimizi, azarkeşlərimizi, “Neftçi” ailəsinin hər bir üzvünü, xalqımızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqımıza xoş və firavan həyat arzulayıram. Bayramınız mübarək!”
Miodraq Bojoviç: “Bütün “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. “Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”