"Jirona" "Barselona"nın yarımmüdafiəçi Aleix Qarsiya ilə maraqlanmasına cavab verib.

Matc.az xəbər verir ki, "Jirona"nın prezidenti Delfi Geli "Barselona"nın mərkəz yarımmüdafiəçisi Aleiks Qarsiya ilə maraqlanması ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib: “Günün sonunda oyunçunu tərk etməyə məcbur edə biləcək yalnız bir məqam var. Müqavilənin başa çatması. Aleyşaya gəlincə, nə qədər danışılsa da, o, mövsümdə və layihəmizdə tam iştirak edir. O, xoşbəxtdir və heç nə dəyişməsə, "Jirona"da oynamağa davam edəcək”.

Futbolçunun özü Kataloniya komandasının maraqlanması ilə bağlı xəbərə qısaca münasibət bildirib: “Bilmirəm”.

Daha əvvəl bildirilmişdi ki, Qarsiya qış transfer pəncərəsində "Barselona" üçün prioritet hədəfdir. Bu mövsüm yarımmüdafiəçi "Jirona"nın heyətində 18 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 20 milyon avro qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest