30 Dekabr 2023, 18:59
FUTBOL
Çinin "Şanxay" klubunun yeni baş məşqçisi rusiyalı Leonid Slutski ilk dəfə olaraq komandanın azarkeşləri qarşısında çıxış edib.
Matc.az xəbər verir ki, bir neçə gün əvvəl Slutski "Şanxay"la bir illik müqavilə imzalayıb və bu gün Çinə gəlib. Çalışdırıcı açıqlamasında deyib: “Bura gəlmək fürsəti əldə etdiyim üçün çox minnətdaram və xoşbəxtəm. Ümid edirəm hamınız məni dəstəkləyəcəksiniz. Çünki bir az əsəbləşirəm. Bu mənim karyeramda çox böyük sınaqdır. Yeni klub, yeni mədəniyyət. "Şanxay" böyük komandadır. Mən "Şanxay"a və bütün Çin futboluna kömək etmək üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, ötən mövsüm “Şanxay” Çin kubokunu qazanıb və indi Asiya Çempionlar Liqasında çıxış edəcək.