Hüquqları "Atletiko"ya məxsus "Barselona"nın və Portuqaliya yığmasının hücumçusu Joao Feliks karyerasını Asiyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniya klubu 24 yaşlı futbolçunu "Atletiko"dan ala bilməsə, Feliks Səudiyyə Ərəbistanına köçməyə hazırdır. Burada bir neçə klub onun xidmətində maraqlıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Feliks Milad bayramını Ər-Riyadda keçirib və Səudiyyə Ərəbistanının bir neçə şəhərində olub.

Xatırladaq ki, bu mövsüm Feliks bütün turnirlərdə 20 "Barselona" matçında 6 qol vurub və 3 məhsuldar ötürmə edib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest