"Arsenal" yenidən "Yuventus"un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. London klubu hücumçunu yenidən transfer etmək istəyir. Bununla belə, “topçular”ın Vlahoviç üçün 40 milyon avrodan artıq ödəməyə hazır olmadığı dəqiqləşir.

Xatırladaq ki, "Arsenal" hücumçu ilə artıq ötən yay maraqlanmışdı.

Qeyd edək ki, serbiyalı forvard bu mövsüm A Seriyasında meydana çıxdığı 15 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest