"İnter" komandanın yarımmüdafiəçisi Henrix Mxitaryanla müqaviləni uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın futbolçu ilə yeni müqaviləsi 2026-cı ilə qədərdir. Mətbuatda yayılan xəbərlərə görə, yarımmüdafiəçi mövsümə 4 milyon avro alacaq.

Qeyd edək ki, nu mövsüm Mxitaryan A Seriyasında 18 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest