"Bavariya" "Vest Hem"in futbolçusu Tilo Kehrerlə maraqlanır.

Matc.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel futbolçu ilə danışıb və onu razı salıb. 

Qeyd edək ki, 27 yaşlı Kehrer 2022-ci ilin yayından “Vest Hem”də çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Xatırladaq ki, bu mövsüm futbolçu komandasıyla 12 oyun keçirib və fərqlənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest