Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilməli olan "Qalatasaray" - "Fənərbaxça"nın ölkə Superkubokunun ləğv edilməsinə münasibət bildirib.

Matc.az xəbər verir ki, qarşılaşma dekabrın 29-da Ər-Riyadda baş tutmalı idi. Bildirilib ki, Səudiyyə rəsmiləri müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün təsviri olan plakat və köynəklərin, həmçinin Atatürkün məşhur “Yurtda sülh, dünyada sülh" sözlərini səsləndirməyə icazə verməyib. Komandalar stadiona daxil olmayıblar. Açıqlamada deyilir: “Biz istəyirik ki, türk idmanı, xüsusən də futbolu çəkişmələrlə deyil, nailiyyətlərlə gündəmdə olsun. İdman gündəlik siyasi rəqabət üçün “qəlyanaltı”ya çevrilməməlidir. Bu yanlışdır, səhvdir və idmanımıza heç bir faydası yoxdur. Biz o hadisənin öz məcrasından çıxmasına, şou və təxribat materialına çevrilməsinə icazə verə bilmərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest