31 Dekabr 2023, 15:30
FUTBOL
SSRİ ölkələrinin ən bahalı futbolçularının adları bəlli olub.
Matc.az xəbər verir ki, “Monako”nun və Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Qolovin ilk 5-liyə daxil olub. 10 futbolçunun siyahısını “Transfermarkt” hazırlayıb. Birinci yeri 80 milyon avro ilə qiymətləndirilən "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya tutur. İkinci yerdə “Arsenal”ın yarımmüdafiəçisi, ukraynalı Aleksandr Zinçenko , üçüncü isə “Çelsi”nin futbolçusu Mixail Mudrikdir .
Maraqlıdır ki, 10 futbolçudan 7-si Ukraynanı təmsil edir.