Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib. 

Matc.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. İlk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.

Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.

Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest