"Barselona"nın müdafiəçisi Markos Alonso zədələnib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçunun belində ağrılar əmələ gəlib. Onun gələn həftə əməliyyat olunacağı bildirilib. Alonsonun yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bəlli olacaq. İspaniya mətbuatı yazıb ki, futbolçunun bərpa prosesi mart ayına qədər davam edə bilər.

Qeyd edək ki, Markos Alonso bu mövsüm "Barselona"nın heyətində 7 rəsmi dueldə forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest