"Barselona" braziliyalı hücumçu Vitor Rokeni rəsmən təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Roke kataloniyalıların heyətində dünən "Las Palmas"la matçda (2:1) 79-cu dəqiqədə əvəzedici heyətlə meydana çıxıb.

Xatırladaq ki, 18 yaşlı braziliyalı 2031-ci ilin iyununa qədər müqavilə imzalayaraq "Atletiko Paranaense"dən "Barselona"ya 40 milyon avroya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest