Kanada millisinin yarımmüdafiəçisi Tajon Buşanan karyerasını İtaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Yarımmüdafiəçi "İnter"in futbolçusu olub. 24 yaşlı futbolçu "Brügge"dən "İnter"ə keçib. Daha əvvəl klubun belçikalılara 10 milyon avro ödəyəcəyi bildirilirdi. Müqavilə 4 illik bağlanılıb.

Qeyd edək ki, bu mövsüm "İnter"ə yeni gələn futbolçu "Brügge"nin heyətində 20 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest