05 Yanvar 2024, 21:00
FUTBOL
"Trabzonspor"un cinah futbolçusu Tonio Tekliç karyerasını Rusiyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Axmat" 24 yaşlı futbolçu ilə maraqlanır. Qroznı klubu icarə variantını nəzərdən keçirir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd edək ki, xorvatiyalı futbolçu 2023-cü ilin yayında 1 milyon avroya Varazdindən “Trabzonspor”a keçib. Bu mövsüm Tekliç bütün klub turnirlərində 6 matç keçirib. Cinah müdafiəçisi 161 dəqiqə meydanda olub.