Braziliyanın əfsanəvi futbolçusu və millinin sabiq baş məşqçisi Mario Zaqallo vəfat edib. Matc.az xəbər verir ki, o, 93 yaşında dünyasını dəyişib.

Zaqallo dörd dəfə dünya çempionu olub. O, 1958-ci və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş məşqçi, 1994-cü ildə köməkçi məşqçi kimi bu titula yiyələnib.

Qeyd edək ki, Mario Zaqallonun futbolçu karyerasının böyük hissəsi ölkəsi ilə bağlı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest