"Nürnberq"in hücumçusu Can Uzun "top" klubların maraq dairəsinə düşüb.
 
Matc.az xəbər verir ki, "Bavariya" və Dortmund "Borussiya"sı 18 yaşlı forvardı heyətinə qatmaq istəyirlər. Almaniya 2-ci liqası təmsilçisi futbolçusu üçün ən azı 10 milyon avro tələb edir.
 
Bu mövsüm hücumçu "Nürnberq"in heyətində 17 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest