06 Yanvar 2024, 18:30
FUTBOL
"Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan karyerasını İtaliyanın “Yuventus”unda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Turin komandası Spertsyanın transferi ilə bağlı danışıqları 2024-cü ilin yayında bərpa edəcək. “Yuventus” erməni yarımmüdafiəçi ilə komandanın əsas heyətini gücləndirməyi düşünür.
Qeyd edək ki, nu mövsüm 23 yaşlı Eduard Spertsyan “Krasnodar”ın heyətində 21 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.