PSJ-nin hücumçusu Kilian Mbappe qış transfer pəncərəsində komandada qalmağa qərar verib.

Matc.az xəbər verir ki, fransız qərarını klub daxilində açıqlayıb və 1/8 finalda "Real Sosyedad"la qarşılaşacaqları Çempionlar Liqasının yaz hissəsində parislilərin heyətində çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, “Real” da öz növbəsində futbolçunun gələcəyi ilə bağlı qərar verməsi üçün Mbappeyə yanvarın ortalarına qədər vaxt verib.

Xatırladaq ki, Kilianın PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest