06 Yanvar 2024, 19:33
FUTBOL
“Roma”nın müdafiəçisi Leonardo Spinazzolanın agenti futbolçunun yaxın vaxtlarda Roma klubunu tərk edəcəyini bildirib.
Matc.az xəbər verir ki, futbolçunun klubla hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Agent açıqlamasında deyib: “Yanvar transfer pəncərəsinin necə keçəcəyini görəcəyik. Leo qışda klubu tərk etməsə, hazırkı müqavilənin sonunda komandadan ayrılacaq”.
Qeyd edək ki, Spinazzola 2019-cu ilin yayından "Roma" klubunda çıxış edir.