Azərbaycan millisinin hücumçusu Mahir Emreli sıradan çıxıb. Matc.az xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu Sloveniya klubu “Roqaşka” ilə yoxlama görüşündə ciddi zədə alıb.

Maraqlıdı ki, o, görüşün 60-cı dəqiqəsində heç bir təmas olmadan zədələnib. Baş məşqçi Sergey Yakiroviç vəziyyətin ciddi olduğunu açıqlayıb. 26 yaşlı forvardın dirsək və bud nahiyəsindən xəsarət aldığı bildirilir. İlkin ehtimala görə, futbolçu bir neçə ay komandasından ayrı qalacaq.

Hətta onun üçün mövsümün başa çatdığı da ehtimal edilir. Son qərar MRT müayinəsindən sonra veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest