07 Yanvar 2024, 13:15
FUTBOL
“Zirə”nin hücumçusu Vladislav Kulaç klubla yollarını ayırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, ukraynalı futbolçu bunu təkzib edib.
30 yaşlı forvard yaya qədər paytaxt təmsilçisində qalacağını açıqlayıb: “Zirə” ilə müqaviləm mövsümün sonuna qədər qüvvədədi. Hazırda bu klubun futbolçusuyam və azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini bilmirəm. Yazılanlar doğru deyil. Məsələn, hazırda məşqə gedirəm”.
Qeyd edək ki, Vladislav Kulaç “Zirə”nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb, 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.