İngiltərə çempionatının elitasında ən gəlirli klub hesabat dövründə qazancı xərclərini 67,1 milyon funt-sterlinq üstələyən “Liverpul” olub. İlk “3-lük”də “Şeffild Yunayted” və “Bernli” də yer alıb.
Britaniyanın “LondonWorld” nəşri son üç mövsümün açıq hesabatı əsasında Premyer Liqa klublarının maliyyə səmərəliliyinin reytinqini tərtib edib. Matc.az xəbər verir ki, liqadakı 20 komandadan 5-i bu müddətdə müsbət rəqəmə çatıb.
İngiltərə çempionatının elitasında ən gəlirli klub hesabat dövründə qazancı xərclərini 67,1 milyon funt-sterlinq üstələyən “Liverpul” olub. İlk “3-lük”də “Şeffild Yunayted” və “Bernli” də yer alıb.
Premyer Liqada gəlir götürən klubların tam siyahısı:
“Liverpul”: mənfəət 67,1 milyon funt
“Şeffild Yunayted”: mənfəət 46,3 milyon funt
“Bernli”: mənfəət 31,9 milyon funt sterlinq
“Vest Hem”: mənfəət 25,8 milyon funt sterlinq
“Tottenhem”: mənfəət 2,2 milyon funt-sterlinq.