07 Yanvar 2024, 15:02
FUTBOL
“Qranada”nın oyunçusu Brayan Saraqosa XXI əsrin Bundesliqada çıxış edən ən qısa boylu futbolçusu olacaq. Matc.az xəbər verir ki, o, mövsümün sonunda “Bavariya”nın formasını geyinməklə bunu reallaşdıracaq.
Brayanın boyu 164 santimetrdi. Ondan əvvəl ən qısa boylu oyunçu “Verder”in yarımmüdafiəçisi Romano Şmidt (168 sm), olub.
“Bavariya”nın heyətində isə son 23 ildə ən qısa boylu oyunçular Mixael Veysinger (168), Pyotr Troxovski (168) və Biksent Lizarazyu (169) olub. Brayanın oyun üslubuna görə oxşadığı Frank Riberinin boyu 1,70 m-di.
Qeyd edək ki, “Bavariya” Brayan Saraqosanı 13 milyon avroya transfer edib. 22 yaşlı oyunçu mövsümün sonuna qədər “Qranada”da qalacaq.