07 Yanvar 2024, 15:34
FUTBOL
Belə ki, komanda 2016-cı ildən bəri ilk dəfə ölkə kubokunda 1/16 finala yüksəlib. “Aston Villa” sonuncu dəfə 8 il əvvəl “Uikomb”u 2:0 hesabı ilə üstələyərək 1/32 final səddini aşıb.
“Aston Villa” İngiltərə Kubokunun 1/32 final mərhələsində “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bununla Unay Emerinin yetirmələri tilsimi qırıblar.
Belə ki, komanda 2016-cı ildən bəri ilk dəfə ölkə kubokunda 1/16 finala yüksəlib. “Aston Villa” sonuncu dəfə 8 il əvvəl “Uikomb”u 2:0 hesabı ilə üstələyərək 1/32 final səddini aşıb.
Qeyd edək ki, İngiltərə Kubokunda 1/32 final mərhələsinə bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.