07 Yanvar 2024, 16:34
FUTBOL
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun futbolçusu Cordan Henderson İngiltərəyə qayıtmaq istəyir. Matc.az xəbər verir ki, yarımmüdafiəçi ərəb ölkəsində qalmaqda maraqlı deyil.
Ötən ilin yayında “Əl-İttifaq”a keçən ulduz futbolçu Premyer Liqa üçün daxırıb. Ancaq bu, ona baha başa gələ bilər. Çünki həm müqavilənin ləğvi üçün təzminat ödəməli, həm də vətənində daha az maaşa oynamalıdır. İngiltərə millisinin 33 yaşlı orta sahə oyunçusunun hazırda həftəlik maaşı 700 min funt-sterlinqdi.
Qeyd edək ki, Cordan Henderson Səudiyyə Ərəbistanı klubunda 19 oyun keçirib, 5 məhsuldar ötürmə verib.












