07 Yanvar 2024, 17:49
FUTBOL
“Bavariya” qış fasiləsində heyətini gücləndirəcək. Matc.az xəbər verir ki, bunu Münhen klubunun idman direktoru Kristof Freund açıqlayıb.
O, yeni oyunçu ilə anlaşdıqlarını gizlətməyib. Lakin idman direktoru razılaşdıqları futbolçunun adını deməyib: “Rəhbərlik komandanın mümkün gücləndirilməsini müzakirə etdi. Təbii ki, gecikməmək üçün bu mövzunu artıq bir neçə dəfə müzakirə etmişik. Hazırda bir və ya iki sövdələşmənin razılaşdırılması prosesindəyik”.
Almaniya klubunun anlaşdığı oyunçulardan birinin “Tottenhem”in müdafiəçisi Erik Dayerin olduğu bildirilir.