07 Yanvar 2024, 19:23
FUTBOL
"Çelsi"nin hücumçusu Kristofer Nkunku İngiltərə Kubokunda "Preston" üzərində 4:0 hesabı ilə qalib gəldikləri matçda oynaya bilməyib.
Matc.az xəbər verir ki, "mavilər”in baş məşqçisi Maurisio Poçettino bildirib ki, futbolçu məşq zamanı bud nahiyəsindən zədə alıb.
Bu zədə səbəbindən onun 3 həftəyə qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.