08 Yanvar 2024, 09:30
FUTBOL
“San Paulo”nun baş məşqçisi Dorival Junior istefa verib. Matc.az xəbər verir ki, o, bundan sonra Braziliya millisinə rəhbərlik edəcək.
“San Paulo” Braziliya millisinə rəhbərlik etmək üçün ayrılmaq istəyən Dorival Juniorun istefa verdiyini elan edir”, - deyə klub bəyan edib.
Dorival Junior bu ilin aprelindən “San Paulo”ya rəhbərlik edir. Bundan əvvəl o, “Flamenqo”, “Seara”, “Atletiko Paranaense”, “Santos”, “Palmeyras”, “Fluminense”, “Vasko da Qama”, “İnternasional”, “Atletiko Mineyro”, “Kruzeyro” və daha bir neçə Braziliya klublarını çalışdırıb.
Qeyd edək ki, Braziliya yığmasının baş məşqçisi Fernando Diniz yanvarın 6-da postundan ayrılıb. Komanda DÇ-2026-nın seçmə mərhələsində 6 oyundan sonra 6-cı yerdədi.