“Neftçi” Albaniyanın “Partizani” klubu ilə yoxlama görüşü keçirməyəcək. Matc.az xəbər verir ki, Bakı təmsilçisi Albaniya mətbuatının yaydığı məlumatı təkzib edib. Bir müddət əvvəl albanlar bu komandaların yanvarın 9-da Antalyada üz-üzə gələcəyini yazmışdı.

“Neftçi” Albaniyanın “Partizani” klubu ilə yoxlama görüşü keçirməyəcək. Matc.az xəbər verir ki, Bakı təmsilçisi Albaniya mətbuatının yaydığı məlumatı təkzib edib.

Bir müddət əvvəl albanlar bu komandaların yanvarın 9-da Antalyada üz-üzə gələcəyini yazmışdı. Lakin “ağ-qaralar” sabah heç bir qarşılaşma keçirməyəcək.

Baş məşqçi Miodraq Bojoviç yetirmələrini bir də yanvarın 13-də sınayacaq. Ancaq təlim-məşq toplanışının son günü üçün rəqib hələ bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest