08 Yanvar 2024, 15:26
FUTBOL
2023-cü ildə yüksək liqalarda oynamış ən yaşlı futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bununla bağlı araşdırma aparıb.
Siyahıya Farer adalarının “Ki Klaksvik” klubunun qapıçısı Geza Turi başçılıq edir. O, mayın 14-də “HB Torshavn”la matçda (1:0) meydana çıxanda 49 yaş 64 günündə olub.
İkinci pillədə Bolqarıstanın “Slaviya” klubunun qolkiperi Georgi Petkov (47 yaş, 222 gün) qərarlaşıb.
İlk “3-lüy”ü Honkonqun “Resources Kapital” komandasının üzvü Ho Kvok Çuen qapayır. Qapıçı sonuncu dəfə meydana çıxanda 46 yaş, 76 günündə olub.