“Qalatasaray”ın hücumçusu Mauro İkardinin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, argentinalı forvard Türkiyə Superliqasının növbəti turunu buraxmalı olacaq.

Buna səbəb ulduz futbolçunun XVIII turda “Fənərbaxça” ilə görüşdə zədələnməsidi. Üz sümüyündə qırıqlar və ayağında ağrı olan İkardinin bir müddət meydana çıxmaması məsləhət görülüb. Bu üzdən onun “Kayserispor”la qarşıdakı matçı buraxacağı dəqiqdi.

İkardinin yalnız XXI turda “Trabzonspor”la qarşılaşmada dönüşü gözlənilir. Həmin oyun yanvarın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest