08 Yanvar 2024, 18:50
FUTBOL
"Atalanta"nın baş məşqçisi Can Piero Qasperini Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançuk haqda danışıb.
Matc.az xəbər verir ki, italyalı mütəxəssis futbolçunun yaxşı çıxış etdiyi vurğulayıb:
"Aleksey heyrətamiz formadadır. Ötən gün onu yenidən meydana çıxardım və o, bütün oyunu oynadı. Hücumda o, özünü digərlərindən daha yaxşı göstərdi. Hücumumuzda dəyər qazandıran çoxlu oyunçularımız var və hər kəs bizə daha çoxunu verə bilsə, o zaman zirvədə qala bilərik".
Xatırladaq ki, A Seriyasının 19-cu turunun matçında “Atalanta” “Roma” ilə 1:1 hesablı heç-heçə edib. Mirançuk oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.