"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland üçün sərbəst qalma məbləği Premyer Liqa klubları üçün 200 milyon avro, digər komandalar üçün isə 100 milyon avrodur.
 
Matc.az xəbər verir ki, "Real" rəhbərliyi bu məbləği ödəyə biləcəklərini düşünür.
 
Bu mövsüm Haaland bütün yarışlarda 22 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 23 yaşlı norveçli futbolçuya 180 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest