"Nyukasl"da yeni müqavilə imzalanıb.
 
Matc.az xəbər verir ki, "sağsağanlar"ın və İsveçrə millisinin müdafiəçisi Fabian Şer klubla sözləşməsini 2025-ci ilin yayına qədər uzadıb. 
 
Şer 2018-ci ilin yayında "Deportivo"dan "Nyukasl"a keçib. O, klubun heyətində 169 oyun keçirib, 11 qol vurub, 7 məhsuldar ötürmə verib və 39 vərəqə alıb (38 sarı və 1 qırmızı).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest