"Leypsiq" və Qvineya millisinin yarımmüdafiəçisi İlaix Moriba mövsümün sonuna qədər icarə əsasında "Xetafe"yə keçib.
 
Matc.az xəbər verir ki, İspaniya klubu futbolçunun maaşını ödəyəcək. Onu komandaya dəvət etməkdə "tünd-göy"lərin baş məşqçisi Xose Bordalas maraqlı idi.
 
19 turdan sonra "Xetafe" La Liqa cədvəlində 8-ci yerdədir.
 
Moriba "Barselona"nın yetirməsidir. Onun "Leypsiq"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm rəsmi oyunlarda iştirak etməyib. "Transfermarkt" portalı 20 yaşlı oyunçuya 3 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest