08 Yanvar 2024, 21:35
FUTBOL
"Barselona" uruqvaylı müdafiəçi Ronald Araujoya daha yaxşı şərtlərlə yeni uzunmüddətli müqavilə təklif edib.
Matc.az xəbər verir ki, futbolçu kluba cavab verməyə tələsmir. Onun yay transfer pəncərəsində "Bavariya"ya keçmək şansı var.
Münhenlilərin baş məşqçisi Tomas Tuxel uruqvaylı ilə şəxsən danışıb. Onlar Arauxo üçün 70 milyon avro təklif edir. Kataloniyalılar isə öz növbəsində 100 milyon avroya yaxın bir məbləğ olacağı təqdirdə danışıqlara başlamağa hazır olduğunu bildirib.
24 yaşlı Arauxo 2018-ci ilin yayından bəri "Barsa"da çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu mövsüm o, bütün turnirlərdə 18 oyun keçirib, 1 qol vurub və 5 sarı vərəqə alıb. "Transfermarkt" portalı uruqvaylıya 70 milyon avro qiymət qoyub.