08 Yanvar 2024, 22:14
FUTBOL
Londonlular Onananı qış transfer pəncərəsində heyətlərinə qatmaq niyyətindədirlər. "İrislər" əsas oyunçusunu buraxmaq istəməsə də, qeyd olunan məbləğə görə bunu edəcəklər.
"Everton" belçikalı yarımmüdafiəçi Amadu Onananı 60 milyon funt-sterlinqə satmağa hazırdır.
Matc.az xəbər verir ki, futbolçu üçün hazırda əsas namizəd "Arsenal"dır. Londonlular Onananı qış transfer pəncərəsində heyətlərinə qatmaq niyyətindədirlər. "İrislər" əsas oyunçusunu buraxmaq istəməsə də, qeyd olunan məbləğə görə bunu edəcəklər.
Onana 2022-ci ilin yayında "Lill"dən İngiltərə klubuna keçib. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu mövsüm müdafiəyəmeyilli yarımmüdafiəçi bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 2 sarı vərəqə alıb. "Transfermarkt" portalı seneqal əsilli 22 yaşlı belçikalıya 50 milyon avro qiymət qoyub.