08 Yanvar 2024, 23:03
FUTBOL
İspaniya kubokunun 1/16 finalında "Barselona" "Barbastro"ya 3:2 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, beləliklə, kataloniyalılar ardıcıl 20 matçdır ki, 1 topdan artıq fərqlə qalib gələ bilmirlər. Bu, klubun 125 illik tarixində ilk dəfə baş verib.
"Blauqrana"nın sonuncu dəfə böyük hesablı qələbəsi sentyabrın 19-da Çempionlar Liqasının ilk turunda “Antverpen”lə oyunda olub (5:0).