“Mahaçqalada işlədiyim üçün AFFA-da nə baş verdiyindən xəbərim yoxdu”. Matc.az xəbər verir ki, bunu Mahaçqala “Dinamo”sunun prezidenti Hacı Hacıyev deyib.

O, Kurban Berdıyevin Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olmasına münasibət bildirib: “AFFA ilə hər hansı danışığımız olmayıb. Bunu nə Berdıyevlə, nə də başqası ilə müzakirə etmək fikrindəyəm. Baş məşqçi istəyərsə Azərbaycana gedə bilər. Bu, onun öz hüququdu. Berdıyevin “Dinamo” ilə müqaviləsi heç nəyi özündə əks etdirmir. Onu özümüzə bağlamamışıq”.

Qeyd edək ki, Kurban Berdıyev ötən ilin yayından “Dinamo”ya başçılıq edir. Komanda 37 xalla Rusiya 1-ci Liqasının lideridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest