Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər. Matc.az “fotospor.com”a istinadən xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” arasında oyunun ölkəmizdə baş tutması yenidən gündəmə gəlib.

Azərbaycan tərəfi əzəli rəqiblərin duelinə ev sahibliyi etmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib və hazırda onların cavabını gözləyir. Qeyd olunur ki, təklif edilən məbləğ Səudiyyə Ərəbistanı qədər olmasa da, bu görüşün yüksək səviyyədə təşkilinə söz verilib.

Təklif qəbul olarsa, Səudiyyə Ərəbistanının tətbiq etdiyi qadağalar burada olmayacaq. TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırırdı. Lakin bu təklif iştirakçı klublarla dəyərləndirildikdən sonra cavab veriləcək.

Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest