XXI əsrdə ən çox oyun keçirən futbolçuların adları açıqlanıb. Bununla bağlı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) araşdırma aparıb. Hazırda “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo siyahıya başçılıq edir.

XXI əsrdə ən çox oyun keçirən futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) araşdırma aparıb.

Hazırda “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo siyahıya başçılıq edir. Portuqaliyalı forvard XXI əsrdə 1204 oyunda iştirak edib.

Ronaldo ilə yanaşı, daha 4 futbolçu 1000 oyun həddini keçib.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 1204

2. Fabio (Braziliya) – 1156

3. Dani Alveş (Braziliya) – 1056

4. Lionel Messi (Argentina) - 1047

5. Luka Modriç (Xorvatiya) - 1010

6. Joao Moutinyo (Portuqaliya) - 997

7. İker Kasilyas (İspaniya­) - 974

8. Serxio Ramos (İspaniya) - 974

9. Zlatan İbrahimoviç (İsveç) - 953

10. Andres İnyesta (İspaniya) - 949

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest