Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxa bilməyəcək. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa komandasının Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” ilə görüşü sabaha təyin olunub.

Buna səbəb Antalyada əlverişsiz hava şəraitinin olmasıdı. Sabah “Topkapı Sport Center”in meydançasında reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Turan Tovuz” digər iki yoxlama görüşünü yanvarın 15-də keçirəcək. Qərb klubu həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” komandaları ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest